Avtomatik qapılar dedikdə qaraj qapıları, sənaye tipli seksional qapılar, kəpəng qapılar, avtomatik fotoselli qapılar və fırlanan (dönər) qapılar yada düşür.
Qaraj qapıları, sənaye tipli seksional qapılar və kəpəng qapılar eyni sinif qapılardır:
- metalın ət qalınlığına diqqət etməli.
- panelin qalınlığına və penapolyuretan dolğunun sıxlığına diqqət etməli.
- motor və mexanizmlərin Avropa istehsalı olmasına əmin olmaq.
Fotoselli qapılar işləmə mexanizminə görə 2 qrupa bölünür: tək qanadlı və cüt qanadlı. Bu qapıları seçərkən bir neçə əsas nüansa diqqət yetirmək lazımdır:
- şüşəsinin mütləq şəkildə temperli olması
- qapı mexanizmlərinin qapı ölçülərinə uyğun olması – əgər qapı qanadları böyük və ağır olarsa mexanizm və motorun ona uyğun seçilməsi mütləqdir.
- yerləşdiyi məkan küləklidirsə qapının qanad profilləri qalın və ağır olmalıdır.
Fırlanan qapılar diametrə uyğun olaraq 2, 3 və 4 qanadlı olur. Estetik zövqə uyğun olaraq motor (kanope) hissəsi aşağıda və yuxarıda ola bilər, lakin motor hissənin yuxarıda olması arzu olunandır. Topuq sensorunun olması (ayaq toxunduğu zaman təhlükəsizlik üçün qapının avtomatik dayanması), əlillər üçün düyməcik (push bouton) olması, hava axının qarşısının alınması üçün hava pərdəsinin və qanadların alt hissəsində süpürgəciklərin olması mütləqdir.
Düzgün yanğın çıxış qapısını necə seçməli?
Yanğın çıxış qapıları əsasən yaşayış binalarının pilləkan qəfəslərində, otel, ofis və iaşə obyektlərinin yanğın çıxış pilləkanlarında, yanğından qorunması vacib olan xüsusi əhəmiyyətli otaqlarn giriş və çıxışlarında istifadə olunur:
- metalın ət qalınlığına diqqət etmək. (Sertifikat tələb etmək)
- qapı boyasının yanğına davamlı olması mütləqdir. (Sertifikat tələb etmək)
- yanğın çıxış qapıları 30 dəqiqədən 180 dəqiqəyə qədər yanğına dayanıqlı olur. Dayanıqlılığı obyektin tələblərinə uyğun olaraq seçilir. (Sertifikat tələb etmək)
- “Panicbar” və əl tutacağının yanğına davamlı olması mütləqdir. (Sertifikat tələb etmək)
- gilyotin olmasına diqqət etmək. (Sertifikat tələb etmək)
Yuxarıda sadaladıqlarımız yanğın çıxış qapılarının standart komponentləridir və bu komponentlərin hər birinin ayrı-ayrılıqda müvafiq sertifikatlarının olması arzuolunandır.
Avtomatik giriş sistemlərini necə seçmək olar?
Avtomatik giriş sistemləri dedikdə turniket, bollard, şlaqbaum, rampa, körük, yana və 900 açılan darvaza qolları nəzərdə tutulur. Turniket, bollard, şlaqbaum, yana və 900 açılan darvaza qolları sizə məxsus ərazi və obyektlərə giriş çıxışı nəzarətdə saxlamaq üçün ən uyğun avadanlıqlardır. Adı çəkilən avadanlıqların ölçü və görünüşü istəyə uyğun olaraq dəyişir.
Rampa-körük sistemləri əsasən anbar və anqar tipli sənaye obyektlərində istifadə olunur. Körüyün funksiyası anbarlarda mal mübadiləsi zamanı hava axınının maksimum dərəcədə qarşısını alır. Rampa isə yüklərin mübadiləsi zamanı nəqliyyat vasitlərinin işlərinin asanlaşdırılmasında əhəmiyyətli rol oynayır.
Biz NextDoor olaraq Azərbaycan bazarında təqdim etdiyimiz məhsullar haqqında əsas və vacib məlumatları verdik. Ümidvarıq ki,verdiyimiz məlumatlar sizə məhsul seçimi zamanı yardımçı olacaqdır.